AZ

Trampın NATO-dan çıxmaq təhdidləri Avropanı alternativ axtarmağa sövq

ABŞ-ın NATO müttəfiqlərinə yönəlmiş son tənqidləri və alyansdan çıxmaqla bağlı təhdidləri Avropa ölkələrini təhlükəsizlik sahəsində alternativ mexanizmlər axtarmağa vadar edir...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares danışıb.

Nəşr xatırladır ki, Avropa ölkələri fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan sonra Hörmüz boğazının açılması üçün hərbi-dəniz qüvvələrini göndərməkdən imtina etdikdən sonra prezident Donald Tramp NATO-dan çıxmaq ehtimalını gündəmə gətirib.

Albares qeyd edib ki, bu qərar tamamilə Trampdan asılıdır. Bununla yanaşı, o vurğulayıb ki, NATO müttəfiqləri 2001-ci il 11 sentyabr terror aktlarından sonra Vaşinqtonla tam həmrəylik nümayiş etdiriblər.

"NATO həm avropalılar, həm də amerikalılar üçün qarşılıqlı faydalı alyansdır. Lakin ABŞ administrasiyasının açıqlamaları və Avroatlantik təhlükəsizliklə bağlı yeni mövqeyi bizi – avropalıları – suverenlik və müdafiə məsələlərində daha irəli addımlar atmağa sövq edir. Biz vətəndaşlarımızın təhlükəsizliyini və çəkindiriciliyini öz əlimizə almalıyıq", deyə diplomat bildirib.

Onun sözlərinə görə, bunun üçün Avropa İttifaqı ümumavropa ordusunun yaradılması, müdafiə sənayesinin inteqrasiyası, vahid rəqəmsal bazarın və kapital bazarları ittifaqının formalaşdırılması istiqamətində irəliləməlidir.

Reuters qeyd edir ki, İspaniyanın sol yönümlü hökuməti Trampın İrana qarşı müharibəsini ən sərt tənqid edənlərdən biridir və onu qanunsuz və düşünülməmiş addım adlandırır. Ölkə ABŞ təyyarələrinin öz hava məkanından istifadə etməsinə icazə verməyib, həmçinin İspaniyanın cənubundakı birgə hərbi bazalardan istifadəyə qadağa qoyub.

Buna cavab olaraq Tramp İspaniyaya qarşı ticarət rüsumları tətbiq etməklə cavab tədbirləri görəcəyini vəd edib.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr