AZ

NDU nəzdində Gimnaziyanın 33 şagirdi fənn müsabiqələrində uğur qazanıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan, 8 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gimnaziyanın şagirdləri respublika fənn müsabiqələrində uğurlu nəticələr əldə ediblər.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gimnaziyanın ümumilikdə 33 şagirdi müxtəlif fənlər üzrə müsabiqədə fərqlənib. Uğur qazanan şagirdlərdən 14-ü riyaziyyat, 8-i kimya, 5-i təbiət elmləri, 3-ü fizika, 3-ü isə biologiya fənni üzrə yüksək nəticələr göstəriblər. Bu nəticələr şagirdlərin bilik və bacarıqlarının, eləcə də tədris prosesinin keyfiyyətinin göstəricisidir. Gimnaziyada yaradılan müasir tədris mühiti və müəllim heyətinin peşəkarlığı əldə olunan uğurlarda mühüm rol oynayır.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr