AZ

Kilosu 5 qəpik olsa da alıcısı yoxdur SƏBƏB

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tovuzlu fermerlərin bu il soğanla bağlı problemləri yaranıb. 

Milli.Az xəbər verir ki, bir neçə ildir ki, fermerlər məhsullarını satmaqda çətinlik çəkirlər. Bu dəfə isə məhsul lap ucuzlaşıb. Belə ki, məhsulun bir kiloqramı 5 qəpiyə düşüb. 

Fermerlərin sözlərinə görə, hazırda 100 tona yaxın məhsul var:

"10-15 gündən sonra məhsul ümumiyyətlə yararsız olacaq. Qaldıqca soğan cücərir. Məhsul satılmır, heç mayasını çıxarda bilmirik. Bir hektar torpağı becərmək üçün fəhlələr işləyir. Hər fəhlə 25 manatdan işləyir. Hamısı xərcdir. 5-6 min xərc çəkdik, alıcı da yoxdur". 

Mütəxəssislər soğanın satışında yaranan problemi bir neçə səbəblə əsaslandırırlar:

"Bir çox fermer soğan əkini işinə başladı, məhsul bol oldu. Soğanın qiymətinin qalxmasının tək bir yolu xarici bazarlara idxaldır. Onda fermerlər öz gücünə edə biləcək səviyyədə deyil. Bununla bağlı qurum yaradıb məhsulu xarici bazara idxal etmək mümkündür". 

Qeyd edək ki, Tovuz rayonunda bu il əvvəlki illərə nisbətən daha çox məhsul əkilib. Hər hektar sahəsinə 5-6 min manat xərclənib. 

Aysel

Milli.Az       

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
news.milli.az

6Mənbələr