İsrail ordusu Livanın cənub bölgələrinə zərbələr endirməkdə davam edir. Yerli mənbələrin verdiyi məlumata görə, ölkənin cənub hissəsində yerləşən Cumcama və Mənsuri şəhərləri növbəti dəfə hava hücumlarına məruz qalıb. Bu hücumlar bölgədə onsuz da kövrək olan sabitliyi yenidən təhlükə altına qoyub və humanitar vəziyyətlə bağlı narahatlıqları artırıb.
NOCOMMENT.az xəbər verir ki, hava zərbələrinin bərpasına baxmayaraq, “Hizbullah” təmkinli davranacağını bəyan edib. “Reuters” agentliyinin təşkilat daxilindəki mənbələrinə istinadən yaydığı məlumata görə, qruplaşma İsrailin davam edən hücumlarına rəğmən, bu səhər elan olunmuş atəşkəs rejiminə sadiq qalacağına dair öhdəlik götürüb. Hazırda tərəflər arasındakı gərginliyin genişmiqyaslı qarşıdurmaya çevrilib-çevrilməyəcəyi dünya birliyinin diqqət mərkəzindədir.
Sara,
NOCOMMENT.az