AZ

Arbeloa: Münhendə Real qalib gələcək

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Arbeloa: "Münhendə "Real" qalib gələcək"

"Real"ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində doğma meydanda "Bavariya"ya məğlub olmaqlarından danışıb.

QOL.az "A Bola"ya istinadən xəbər verir ki, mütəxəssis cavab oyununda qalib gələcəklərinə inandığını deyib: 

"Bir az şanslı olsaydıq, məğlubiyyətin qarşısı ala bilərdik. "Bavariya" kimi komanalarla matçlarda top itkilərinə yol versəniz, cəzasını çəkəcəksiniz. Amma Münhendə qalib gələ biləcək bir komanda varsa, o da "Real"dır. Nə qədər çətin olacağını bilirik, amma bu məqsədə doğru irəliləyirik. Cavab oyununda oyunçularıma güvənirəm. Almaniyaya gedib qalib gələ biləcəyimizə çox əminəm".

Qeyd edək ki, "Bavariya" və "Real" arasında cavab oyunu aprelin 15-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qol.az

2Mənbələr