AZ

Şentürk Bakıda - Ali Məhkəmədə görüş keçirildi  

2026-cı il aprelin 7-də ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Musavat.com xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir. Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Musavat.com

Seçilən
0
11
musavat.com

10Mənbələr