AZ

"ABŞ və İran arasındakı atəşkəs şərtləri fəlakətdir"

Əgər bu razılaşma, ən azından, İrana boğaza nəzarət etmək hüququ verirsə, bu, bütün dünya üçün fəlakətdir. Donald Trampın atdığı hərbi addımların İrana müharibədən əvvəl sahib olmadığı mühüm su yolu üzərində nəzarəti verməsi sadəcə heyrətamizdir.

Ölkə.Az xəbər verir ki, Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Kris Mörfi CNN telekanalının efirində ABŞ və İran arasındakı atəşkəs şərtlərindən danışakən belə deyib.

Eyni zamanda, siyasətçi ABŞ prezidentini davamlı yalan danışmaqda ittiham edib. Bununla əlaqədar olaraq respublikaçı Vaşinqton və Tehran tərəfindən fərqli şəkildə təqdim olunan atəşkəsin real şərtləri ilə bağlı şübhələrini ifadə edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi. O qeyd edib ki, atəşkəs sazişi çərçivəsində İran Hörmüz boğazını blokadadan çıxarmağa razılaşıb. Bununla yanaşı, Tramp İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinin yerinə yetirildiyini bəyan edib. Ağ Evdən bildirilib ki, İsrail də atəşkəsə qoşulacaq.

Öz növbəsində İranın Ali Milli Təhlükəsizlik Şurası bəyan edib ki, ABŞ müharibədə mübahisəsiz, tarixi və sarsıdıcı məğlubiyyətə uğrayıb. Şuranın məlumatına görə, ABŞ ilə iki həftəlik atəşkəs razılaşması Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların ləğvini, İranın xaricdəki aktivlərinin dondurulmasının açılmasını və İrana kompensasiya ödənilməsini nəzərdə tutur. Tehran isə öz növbəsində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək.

Seçilən
13
olke.az

1Mənbələr