AZ

İRANA DƏYƏN ZİYAN NECƏ ÖDƏNİLƏCƏK? – Təkliflər AÇIQLANDI

“ABŞ uranın zənginləşdirilməsi hüququnu qəbul edərsə, İran nüvə silahından imtina edə bilər”.

Bu barədə “Fars” agentliyi xəbər verib.

Bildirilir ki, Vaşinqton İranın uranı zənginləşdirmək hüququnu tanıyacağı halda, Tehran nüvə silahı hazırlamaq niyyətindən geri çəkilməyə hazır olduğunu bəyan edib.

Həmçinin qeyd olunur ki, İran tərəfi zənginləşdirmə səviyyələri ilə bağlı müzakirələr aparmağa da açıqdır.

Təklif edilən razılaşmaya görə, İrana tətbiq olunan bütün sanksiyaların tam şəkildə aradan qaldırılması, ölkəyə vurulan iqtisadi ziyanın kompensasiyası məqsədilə investisiya və maliyyə mexanizmlərinin formalaşdırılması, eləcə də razılaşmanın BMT səviyyəsində rəsmi sənəd kimi təsdiqlənməsi planlaşdırılır.

Bundan əlavə, Hörmüz boğazı ilə bağlı müddəalarda gəmilərin İranın nəzarəti çərçivəsində məhdud keçidinə icazə verilməsi və təhlükəsiz tranzit qaydalarının tətbiqi də nəzərdə tutulur.“AzPolitika”

Seçilən
13
veteninfo.az

1Mənbələr