AZ

ABŞ ilə İran arasında atəşkəs Azərbaycanın neft qiymətlərinə təsir etdi

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1 ABŞ dolları və ya 0,7% ucuzlaşaraq 140,68 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,57 dollar və ya 0,42% ucuzlaşaraq 134,58 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,78 dollar və ya 0,71% azalaraq 109,26 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,05 dollar və ya 2,16% artaraq 144,42 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Qeyd edək ki, ABŞ İranın mülki infrastrukturuna mümkün zərbələri iki həftə təxirə salıb.

Bu barədə D. Tramp "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, ABŞ və İran arasında əvvəlki bütün fikir ayrılıqları həll edilib, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılmasına və rəsmiləşdirilməsinə imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr