AZ

Xaçmazda 37 yaşlı kişi kanalda boğulub

Xaçmaz rayonunda 37 yaşlı kişi kanalda boğulub.

APA xəbər verir ki, hadisə aprelin 6-da qeydə alınıb. Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.
R.Məmmədovun meyiti sudan çıxarılıb.

Onun epilepsiya xəstəsi olduğu bildirilir.
Araşdırma aparılır.

Seçilən
26
7
apa.az

9Mənbələr