Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son günlər Azərbaycana normadan artıq yağan yağışlar müxtəlif fəsadlara səbəb olub. Evlər, küçələr və yollar su ilə dolub, gündəlik həyatın gedişinə əhəmiyyətli təsir göstərib. Yağışın yaratdığı problemlərin aradan qaldırılması üçün tədbirlər görülür, lakin bəzi ərazilərdə çətinliklər hələ də davam edir.
Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindən (Perla Mebel arxası) vətəndaşlar yaranmış problemlərin həllinə dəstək almaq məqsədilə redaksiyamıza görüntülər göndəriblər. Videodan da aydın görünür ki, yağışın təsirləri həmin ərazidə hələ də qabarıq şəkildə müşahidə olunur.
Moderator.az həmin görüntüləri təqdim edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.