UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Real” evdə “Bavariya” ilə üz-üzə gəlib, “Arsenal” isə səfərdə “Sportinq”in qonağı olub. Hər iki görüşdə qonaq komanda minimal fərqlə qalib gəlib.
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:2
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) – 0:1
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.