AZ

Atasından danışan Ahmet Tatlıses: Hıçqıra hıçqıra ağladıq

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müğənni İbrahim Tatlısesin övladları Dilan Çıtak və Ahmet Tatlıses onun səhhətindən danışıblar.

BAKU.WS xəbər verir ki, onlar atalarının səhhətinə görə kədərli olduqlarını vurğulayıblar.

İbrahim bir müddət əvvəl Ahmeti məhkəməyə verərək uzaqlaşdırma qərarı almışdı. Bu səbəbdən o xəstəxanaya gəlsə də, o ayağındakı "elektron qolbağ"a görə atasına yaxınlaşa bilməyib.

Daha sonra İbrahim icazə verib, Ahmet polisin müşayiəti altında o atası ilə görüşüb və səhhəti ilə maraqlanıb.

Ahmet açıqlaması zamanı "Hıçqıra-hıçqıra ağladıq" deyə bildirib.

Xatırladaq ki, ötən gün İbrahim Tatlıses təcili olaraq xəstəxanaya yerləşdirib. Onun təhlükəli virusa yoluxduğu açıqlanıb.

Ətraflı videoda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
baku.ws

1Mənbələr