ain.az bildirir, Azpost portalına istinadən.
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.
İkinci oyun günündə də iki qarşılaşma keçiriləcək. İspaniyanın “Barselona” komandası öz meydanında “Atletiko Madrid”i, Fransanın PSJ klubu isə İngiltərə “Liverpul”unu qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, 1/4 finalın ötən gün baş tutan ilk matçlarında Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”ə 2:1, İngiltərə “Arsenal”ı isə Portuqaliyada “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları aprelin 14-15-də reallaşacaq.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.