AZ

İranla əldə olunmuş razılaşma Livana aid deyil - Netanyahu

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın atəşkəs elanından dörd saat sonraİsrail Baş nazir Benjamin Netanyahunun ofisi ABŞ ilə İran arasındaatəşkəsi alqışlayan bəyanat yayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Netanyahu razılaşmanı təqdir etməsinə rəğmən, onun Livanı əhatəetmədiyini diqqətə çatdırıb.

“İki həftəlik atəşkəs Livanı əhatə etmir,” – deyə baş nazirinofisi əlavə edib.

Bəyanatda qeyd olunur ki, İsrail həmçinin ABŞ-nin İranın artıqAmerikaya, İsrailə, İranın ərəb qonşularına və dünyaya nüvə, raketvə terror təhdidi yaratmamasını təmin etməyə yönəlmiş səylərinidəstəkləyir.

“İsrail Prezident Trampın İrana qarşı zərbələri iki həftəmüddətinə dayandırmaq qərarını dəstəkləyir; bu qərar İranın dərhalboğazları açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütünhücumları dayandırması şərtinə bağlıdır,” – deyə Baş nazirinofisinin bəyanatında bildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Seçilən
3
6
az.trend.az

4Mənbələr