Gədəbəydə kişi evin həyətindən ölü halda tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhəri Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.
68 yaşlı Hüseynov Zülfüqar Ənvər oğlunun meyiti yaşadığı evin həyətyanı sahəsindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.