AZ

“Neftçi” Emin Mahmudovla bağlı vacib xəbəri açıqladı

“Neftçi”nin zədəli futbolçusu Emin Mahmudovdan xoş xəbər var.
“Football-plus.az” xatırladır ki, “ağ-qaralar”ın kapitanı bir neçə gün əvvəl qasıq nahiyəsindən zədələnmiş, bu səbəbdən müalicə olunmaq məqsədilə Serbiyaya yollanmışdı. O, aprelin 5-də artıq Bakıda olsa da, paytaxt təmsilçisinin premyer-liqanın 26-cı turunda “Sumqayıt”a qarşı keçirilən oyunda iştirak edə bilməmişdi.
Emin artıq fərdi məşqlərə başlayıb. 33 yaşlı yarımmüdafiəçinin kollektivlə birgə məşq edəcəyi tarix isə hələ bəlli deyil.
Maraq üçün qeyd edək ki, “Neftçi” növbəti oyunda “Araz-Naxçıvan”ı qəbul edəcək. 27-ci turun oyunu aprelin 11-i, saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR

Seçilən
15
football-plus.az

1Mənbələr