AZ

Abramoviç Çelsi nin satışından əldə olunan vəsaitə sahib çıxmaq üçün yeni plan qurub

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç London klubunun satışından əldə edilən vəsaitə sahib çıxmaq üçün yeni xeyriyyə fondu yaradıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, 2022-ci ildə "Çelsi"nin satışından əldə edilən 2,35 milyard funt sterlinq dondurulmuş bank hesabında qalır. Abramoviç və Böyük Britaniya hökuməti bu vəsaitlərin taleyi barədə razılığa gələ bilmirlər. Rusiyalı oliqarx davam edən hərbi münaqişədən əziyyət çəkənlərin hamısını dəstəkləməkdə israr edir. Hökumət isə pulun hamısını Ukraynaya köçürülməsini istəyir. 

Ötən həftəsonu Böyük Britaniya Xeyriyyə Komissiyası "Münaqişə Qurbanları Fondu" adlı xeyriyyə fondunun yaradılması üçün ərizə alıb.

Mənbəyə görə, onun direktorları arasında yüksək vəzifəli və nüfuzlu diplomatlar var. Fondun özü isə Abramoviçə bağlıdır.

Ərizə hələ təsdiqlənməyib. Bundan əlavə, hökumətin vəsaitlərin dondurulmasını ləğv edib fonda köçürməsinə razı olacağına dair heç bir zəmanət yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
sport24.az

1Mənbələr