AZ

“ERA” ASC-yə yeni səhmdar daxil olacaq

“ERA” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 1 may 2026-cı il tarixində saat 11:00-da keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Səhmdarların reyestrində baş vermiş dəyişikliklərin müzakirəsi və təsdiqi (Milli Depozit Mərkəzindən alınmış reyestr məlumatları əsasında). Səhmlərin pay bölgüsündə dəyişikliklərin təsdiqi (yeni səhmdarın daxil olması və pay bölgüsünün yenilənməsi). Müvafiq dəyişikliklərin dövlət qeydiyyatı və vergi orqanlarına bildirilməsi barədə qərarın qəbul edilməsi. Digər məsələlər.
Seçilən
11
2
banker.az

3Mənbələr