AZ

İrana dəyən zərər BELƏ ÖDƏNƏCƏK

Fars körfəzindəki münaqişə zamanı İrana dəyən zərərlər maraqlı maliyyə qurumlarının iştirakı ilə yaradılacaq xüsusi investisiya fondundan ödəniləcək.

Musavat.com xəbər verir ki, məlumatı "Fars" xəbər agentliyi  yayıb. Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbəyə görə, "İranın itkilərinə görə kompensasiya investisiya və maliyyə fondunun yaradılması yolu ilə təmin ediləcək".

Onun strukturu və ya idarəçiliyi barədə hələlik heç bir məlumat yoxdur.

Həmçinin bildirilir ki, İranın Hörmüz boğazından keçən gəmilər üçün toplamaq niyyətində olduğu vergilərin bir hissəsi münaqişə zamanı dağıdılmış obyektlərin bərpası proqramları üçün istifadə olunacaq. Agentlik qeyd edir ki, İranın atəşkəs şərtlərində İrana Omanla birlikdə Hörmüz boğazından keçən gəmilərə rüsum almaq hüququ veriləcəyi nəzərdə tutulur.

Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr