AZ

Bu Azərbaycan klubunun avrokuboklara gedəcəyi dəqiqləşdi

Misli Premyer Liqasının 26-cı turunda lider “Sabah” “Araz Naxçıvan”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, kifayət qədər gərgin alınan matçda Masazır təmsilçisi qələbə qazanıb.

“Sabah” 2 dəfə hesabda geri düşsə də, geridönüş edərək qalib gəlib.

“Sabah” xallarının sayını 65-ə çatdırıb. Bununla da onların 4-cü yerlə arasında 22 xallıq fərq yaranıb.

Sona 7 tur qaldığı üçün bu fərqin aradan qalxması mümkün deyil.

Nəticədə “Sabah”ın ilk 3 yerdən birini tutacağıq dəqiqləşib və onlar ən azı Konfrans Liqasının təsnifat mərhələsində iştirak edəcəklər.

Seçilən
19
sportinfo.az

1Mənbələr