ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs elan etməsindən sonra "Bitcoin" 6%-dən çox artıb.
"Cebheinfo.az" bu barədə "Binance" məlumatlarına istinad edir.
Məlumata görə, "Bitcoin" 6,18% artaraq 72.753.000 dollara çatıb.
23 martda Trampın İranla yaxşı və məhsuldar danışıqlar apardığını açıqlamasından sonra "Bitcoin"-in qiyməti 16 fevral 2026-cı ildən bəri ilk dəfə 70.000 dolları keçib. Daha sonra prezident İslam Respublikasındakı elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir zərbəni beş gün təxirə salmaq qərarına gəlib.
Xəzər
"Cebheinfo.az"