Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ-ın NATO müttəfiqlərini son dövrlərdə tənqid etməsi və alyansdan çıxmaqla bağlı hədələri Avropa ölkələrini təhlükəsizlik sahəsində alternativ mexanizmlər axtarmağa vadar edir.
Axar.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.
Albares vurğulayıb ki, bu qərar tamamilə Trampdan asılıdır, lakin əlavə edib ki, NATO müttəfiqləri 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Vaşinqtonla tam həmrəylik nümayiş etdirmişdilər:
“NATO həm avropalılar, həm də amerikalılar üçün qarşılıqlı faydalı alyansdır. Lakin ABŞ administrasiyasının bəyanatları və onun Avroatlantik təhlükəsizliklə bağlı yeni mövqeləri bizi – avropalıları – suverenlik və müdafiə məsələlərində irəli addım atmağa sövq edir. Biz vətəndaşlarımızın təhlükəsizliyini və çəkindirməni öz əlimizə almalıyıq”.
Onun sözlərinə görə, bunun üçün Avropa Birliyi ümumavropa ordusunun yaradılması, müdafiə sənayesinin inteqrasiyası, həmçinin vahid rəqəmsal bazar və kapital bazarları ittifaqının qurulması istiqamətində irəliləməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.