AZ

Qərbi Azərbaycan Xronikası: 48 il əvvəl erməniləşdirilən kəndlərimiz - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.
 
Moderator.az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala toponimi, oronimi və hidronimi haqqında söz açılır.
 
Bildirilir ki, hazırda Ermənistan adlanan ərazinin tarixən Azərbaycan torpaqları olması elmi faktlarla sübut olunub. Qərbi Azərbaycan torpaqları qəsb edildikdən sonra ermənilər burada yerləşdirilib və yer adlarından tutmuş mədəniyyət nümunələrinə qədər hər şey mənimsənilərək dəyişdirilib.
 
Bozgöy - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda kənd adıdır və 1978-ci ildə kəndin adı dəyişdirilib Markahovit qoyulub.
 
Boznəli - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd adıdır. Qafqazın 5 verstlik xəritəsində adı Bozlu formasında qeyd edilib. Kənd XIX əsrin əvvəllərində ləğv edilib.
 
Boyaqçı - İrəvan şəhərində məhəllə adıdır.
 
Bora dağı - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Yuxarı Kilsə kəndində dağ adıdır.
 
Borçalı arxı - Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda Tona çayından çəkilən arx adıdır.
 
Bostan tala - Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonun Yuxarı Ağdan ərazisində yerləşən qışlaq adıdır və XX əsrin 30-cu illərində ləğv edilib.
 
Sonda vurğulanır ki, Azərbaycan xalqı üçün Qərbi Azərbaycan torpaqları, təkcə itirilmiş yurd yeri deyil, həm də milli kimliyin, tarixi ədalətsizliyin və gələcəyə inamın simvoludur: "Təbii ki, uzun əsrlər boyunca burada yaşamış azərbaycanlıların öz doğma torpaqlarından, zəngin maddi-mədəni və mənəvi irslərindən ayrı düşməsi əbədi olmayacaq, qayıdış mütləq reallaşacaq".
Seçilən
29
3
moderator.az

5Mənbələr