AZ

ABŞ İranın uranı zənginləşdirmək hüququnu TANIDI

ABŞ İranın uranı zənginləşdirmək hüququnu və İslam Respublikasının Hörmüz boğazı üzərindəki nəzarətini tanıyıb.

Publika.az "Tasnim"ə istinadla xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Şurasından bildirilib.

İslam Respublikasının Təhlükəsizlik Şurasından həmçinin vurğulanıb ki, Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Aprelin 8-də İran, ABŞ Prezidenti Donald Trampın atəşkəs barədə sözlərindən sonra Birləşmiş Ştatlar üzərində qələbə çaldığını elan edib. İslam Respublikasının dövlət orqanının məlumatına görə, Birləşmiş Ştatlarla əldə olunan iki həftəlik atəşkəs razılaşması Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların ləğvini, İranın xaricdəki aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılmasını, həmçinin İrana təzminat ödənilməsini nəzərdə tutur.

Seçilən
57
publika.az

1Mənbələr