AZ

Gərginlik artır: Tramp “canlı qalxan” iddialarına reaksiya verdi

ABŞ-İran xəttində gərginlik yeni mərhələyə keçir. Musavat.com xəbər verir ki, Donald Tramp İranın enerji infrastrukturunun ətrafında mülki şəxslərdən “canlı qalxan” kimi istifadə olunması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.

ABŞ prezidenti bildirib ki, bu cür addımlar “tamamilə qanunsuzdur” və beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. “Onlara bunu etməyə icazə verilmir”, – deyə Tramp vurğulayıb.

Eyni zamanda, The Wall Street Journal yazır ki, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir. Qəzetin məlumatına görə, tərəflər arasında ultimatumun müddətinin uzadılması ehtimalı da müzakirə olunur.


Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr