AZ

Bir “qırmızı”, qaçırılan penalti, son dəqiqə ŞOKu! - VİDEO

Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.

Baş hakim Elçin Məsiyevin idarə etdiyi görüşün 52-ci dəqiqəsində Dieqo Balau qırmızı vərəqə alaraq “Şamaxı”nı azlıqda qoyub.

“Qartallar”ın qolunu 69-cu dəqiqədə Leroy Mikels, “şirlər”in heyətində isə 90+2-ci dəqiqədə Edqar Adilxanov fərqlənib.

Bu nəticədən sonra Rəşad Sadıqovun komandası 43 xalla turnir cədvəlinin 4-cü pilləsində, Ayxan Abbasovun kollektivi isə 31 xalla 8-ci yerdə qərarlaşıb.

“Zirə” - “Şamaxı" (1:1

Seçilən
29
sportinfo.az

1Mənbələr