AZ

İran Bab əl-Məndəb boğazını bağlaya bilər



Əgər ABŞ quru əməliyyatına başlasa, İran husilərin dəstəyi ilə Bab əl-Məndəb boğazını bağlaya bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hərbi ekspert Boris Rojin bildirib.

“Onların kozırları arasında Hörmüz boğazının blokadasını gücləndirmək və ABŞ-la müəyyən əlaqəsi olan ticarət gəmilərini və tankerlərini məhv etmək də var. Husilər tərəfindən Bab əl-Məndəb boğazının blokadası da mümkündür və onlar artıq buna hazır olduqlarını bildiriblər. Bu, həm Qırmızı dənizə, həm də boğazın özünə təsir edəcək”, - deyə Rojin vurğulayıb.

Ekspert qeyd edib ki, ABŞ-ın quru əməliyyatının başlanması münaqişənin yeni eskalasiya mərhələsinə qədəm qoyması deməkdir. O bildirib ki, İran artıq əks tədbirlərini açıq şəkildə müəyyən edib.

Anar
Seçilən
28
newscenter.az

1Mənbələr