İran BƏƏ-də “OpenAl”ın 30 milyard dollarlıq data mərkəzinə zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşrinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Tehran bununla kifayətlənməyərək, Əbu-Dabidə yerləşən ABŞ-ın süni intellekt infrastrukturlarını tamamilə məhv etməklə hədələyib. İranlı hərbi rəsmilər bildiriblər ki, əgər İranın infrastrukturlarına qarşı hücumlar davam edərsə, regionda “Qərb texnologiyalarının döyünən ürəyi” hesab edilən obyektlər də hədəfə alınacaq.