Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Balakən, 8 aprel, AZƏRTAC
Balakən rayon Gənclər evində yeniyetmələr arasında "Turan-fest" adlı "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Gənclər Evindən məlumat verilib.
Bildirilib ki, 60 nəfərin qatıldığı turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Gənclər evi sosial xidmət müəssisəsi və Turan Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirin yekun nəticələrinə görə "Qaliblər" komandası ən yüksək nəticəni göstərək birinci yeri tutub. Qalib komandanın üzvləri diplom və medallarla təltif olunublar.
Müxbir - Rasim İslamoğlu





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.