AZ

Dövlət Komitəsindən Etibar Əliyevə CAVAB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisin keçmiş deputatı Etibar Əliyevə cavab verib.

"Yeni Sabah"ın xəbərinə görə, bu barədə qurumun sosial şəbəkə hesablarında paylaşım edilib.

Dövlət Komitəsinin deputata cavabında deyilir: 

"Açıq məktubunuza cavab olaraq ilk növbədə diqqətinizə çatdırmaq istəyirik ki, Dövlət Komitəsi olaraq biz heç bir layihəni nə müstəqil, nə də müştərək şəkildə maliyyələşdirmirik. Lakin fəaliyyət istiqamətlərimizə uyğun olaraq əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların hüquqlarının və ən yaxşı maraqlarının qorunması, eləcə də qurumlararası əlaqələndirmə məsələlərini daim diqqət mərkəzində saxlayırıq.

Qaldırdığınız məsələ ilk növbədə qida təhlükəsizliyi, sanitar-gigiyenik qaydalara əməl olunması ilə yanaşı, uşaqların və digər əhali qruplarının ictimai, sosial və psixoloji maraqları ilə də uzlaşmayan halları ehtiva edir və bu baxımdan xüsusi həssaslıq tələb edir.

Bu səbəbdən qeyd etdiyiniz faktlarla bağlı müraciətiniz aidiyyəti dövlət orqanlarına yönləndiriləcək və məsələnin qısa müddətdə araşdırılması, müvafiq tədbirlərin görülməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi təmin olunacaqdır. Eyni zamanda, nəticələr barədə sizə əlavə məlumat veriləcəkdir.

Müraciətiniz və qaldırdığınız məsələ ilə bağlı həssas yanaşmanıza görə təşəkkür edirik".


Telegram kanalımız
Seçilən
18
3
yenisabah.az

5Mənbələr