Tehranda sinaqoqa hücum edildi
Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb. "Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrail tərəfindən hücuma məruz qalıb, 70 illik sinaqoq dağıdılıb", - Bəqai bildirib.