AZ

Sıfırını alan çoxdur, amma ikinci əlinin üzünə baxan yoxdur Səbəb nədir

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son illərdə bazarda Çin istehsalı avtomobillərin sayı sürətlə artsa da, onların ikinci əl bazarında eyni aktivlik müşahidə olunmur. Bir çox hallarda bu avtomobillərə təkrar satışda marağın zəif olduğu diqqət çəkir.Bəs Çin avtomobillərinin ikinci əl bazarında dəyərinin aşağı olmasının səbəbi nədir?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, Çin avtomobilləri bazara yeni daxil olur:“Bunların ikinci əli isə müəyyən vaxt keçdikdən sonra satışa çıxacaq. Əvvəllər bizdə belə fikir var idi ki, Çin malları ümumiyyətlə keyfiyyətsizdir. İndi isə gördük ki, Çin heç bir ölkədən geri qalmır. İqtisadiyyatına görə güclüdür və istehsal etdiyi avtomobillər yüksək keyfiyyətlidir. Yəni alan onu satmır. Avtomobilin xoşuna gəlməməsi və ya hər hansı problemi olmadığı üçün ikinci əl bazara çıxmır. Ona görə də Çin avtomobillərinin ikinci əl bazası hələ formalaşmayıb. Amma ümumi götürdükdə artıq fikir formalaşıb ki, insanlar Çin avtomobillərini alır, istifadə edirlər, məmnundurlar, razıdırlar. Həm alarkən qiymət kifayət qədər ucuzdur, həm komfortludur, həm keyfiyyətlidir, həm də qənaətcildir. Bütün bunlar deməyə əsas verir ki, Çin avtomobilləri bazarı artıq zəbt edib, demək olar ki, öz əlinə alıb”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr