AZ

"Haqq etdiyimiz qələbəni qazandıq" - Valdas Dambrauskas

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 26-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 4:2 hesablı qələbəni belə şərh edib:

"İlk olaraq komandamı təbrik edirəm. Bu gün bizim üçün önəmli və dəyərli qələbə oldu. Qarşılaşmaya istədiyimiz kimi başlaya bilmədik və oyun müəyyən mənada bizim üçün çətin ssenari ilə inkişaf etdi. Müdafiədən qurulan hücumlarda yol verdiyimiz səhvlər rəqibə imkanlar yaratdı.

Buna baxmayaraq, buraxdığımız qoldan sonra komanda düzgün reaksiya verdi və oyunu öz xeyrimizə çevirməyi bacardıq. Daha erkən fərqi artırmaq üçün kifayət qədər qol epizodlarımız var idi. Nəticədə, oyunun gedişinə görə haqq etdiyimiz qələbəni qazandıq.

İndi isə diqqəti növbəti qarşılaşmaya yönəltməliyik. Üç gündən sonra bizi yeni sınaq gözləyir və bu oyunu arxada qoyaraq qarşıdakı matça hazırlaşmaq vacibdir".

Seçilən
9
fanat.az

1Mənbələr