AZ

Köhnə avtomobili olanlar üçün şans: Təhvil ver, pulunu al

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesi ölkənin avtomobil parkının yenilənməsi baxımından mühüm mərhələ hesab olunur. Köhnə avtomobillərin dövlətə təhvil verilməsi qarşılığında vətəndaşlara təqdim olunan birdəfəlik ödəniş və güzəşt mexanizmi hazırda əsas müzakirə mövzularından biridir. Bu addım həm ekoloji mühiti qorumaq, həm də yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, köhnə avtomobillərin utilizasiyası ümumiyyətlə bütün cəmiyyətlərdə müsbət addım kimi qiymətləndirilir və yüksək dəyərləndirilir. "Azərbaycanda da bu proses vətəndaşlar tərəfindən eyni şəkildə dəyərləndirilir. Çünki mahiyyət etibarilə, vətəndaş köhnə avtomobilini dövlətə təhvil verir, dövlət isə bunun qarşılığında müxtəlif güzəştlər tətbiq edir. Bu güzəştlər gömrük rüsumlarının azaldılması, ölkə daxilində istehsal olunan avtomobillərin alınması üçün aşağı faizli kredit və lizinq imkanlarının yaradılması kimi təşviqləri əhatə edir. Azərbaycanda isə utilizasiya proqramları ilə yanaşı, dövlət bir sıra addımlar ataraq elektromobillər, hibrid və digər alternativ nəqliyyat vasitələri üçün gömrük rüsumlarını bir neçə il ərzində demək olar ki, ləğv etdi. Bu addım bir çox insanın daha müasir və ekoloji cəhətdən təmiz avtomobillərə keçidinə şərait yaratdı və ölkədə avtomobil parkının yenilənməsi sürətləndi".Ekspert bildirib ki, bununla belə, əldə olunan nəticələr hələ də tam arzu olunan səviyyədə deyil. "Qarşıda həyata keçirilməsi nəzərdə tutulan proqramlar var və növbəti illərdə bu istiqamətdə daha ciddi addımların atılması gözlənilir. Bu proqramlar avtomobil parkına yeni nəfəs, yeni texnologiyalar və daha müasir nəqliyyat vasitələri gətirəcək. Nəticə etibarilə, avtomobil parkının yenilənməsi həm yeni nəqliyyat vasitələrinin ölkəyə daxil olmasına, həm də ümumi texnoloji inkişafın sürətlənməsinə səbəb olur. Bu isə digər cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də müsbət qarşılanır və gələcəkdə daha geniş şəkildə dəstəklənəcəyi gözlənilir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr