AZ

Sən demə, hamı pilləkən çıxarkən bu üsuldan istifadə etməli imiş

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elm adamları və ortopediya mütəxəssisləri sümük sağlamlığını qorumaq və sümük sıxlığını artırmaq üçün fiziki fəaliyyətlərdəki kiçik dəyişikliklərin əhəmiyyətinə diqqət çəkirlər. "Pilləkənləri sərt addımlarla çıxmaq" üsulu sümük toxumasının stimullaşdırılmasında effektiv bir yol kimi görülür.

Milli.Az xəbər verir ki, ortoped Dr. Nikolas Kalahan sümüyün canlı və dinamik bir toxuma olduğunu bildirərək, kənardan gələn stimullara reaksiya verdiyini qeyd edir. Kalahan pilləkən çıxarkən və düşərkən ayaqları normaldan daha qüvvətli şəkildə pilləyə vurmağın yaranan zərbəni artırdığını və bu yüklənmənin bədəndə yeni sümük toxuması istehsalını stimullaşdırdığını bildirir.

Dr. Suzan Bukata isə üsulun tətbiq forması ilə bağlı mühüm xəbərdarlıq edir:

"Məsələ sadəcə diqqətsizcə sərt basmaq deyil; bu, nəzarətli və təkrarlanan bir yüklənmə olmalıdır. Sümük sağlamlığında sabitlik intensivlikdən daha vacibdir. Gündəlik 30 dəqiqəlik məşq rejimi fərq yaradacaqdır."

Mütəxəssislər bu üsulun hər kəs üçün uyğun olmadığını vurğulayıblar. Xüsusilə dizlərində qığırdaq problemi olanlar oynaqlarına düşən əlavə yük səbəbindən bu hərəkətdən qaçınmalıdırlar. Dr. Kalahan nəzarətsiz edilən sərt addımların stress zədələri, tendinit və əzələ gərginliyinə yol açaraq, sümük inkişafından gözlənilən faydanı yox edə biləcəyi barədə xəbərdarlıq edib.

Sümük kütləsinin itirilməsinin qarşısını almaq üçün fiziki hərəkətlə yanaşı, pəhriz mütəxəssislərinin tövsiyə etdiyi əsas qida qrupları da ön plana çıxır. Dietoloqlar Cozi Porter (Josie Porter) və Lauren Tviqq (Lauren Twigge) sümük strukturunu dəstəkləyən qidaları belə sıralayırlar:

Süd məhsulları: Kalsium, fosfor və D vitamini baxımından əsas mənbədir.

Tofu: 100 qramında təxminən 200 mq kalsium saxlamaqla yanaşı, maqnezium və sink tərkibi ilə sümük mineral sıxlığını dəstəkləyir.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
news.milli.az

3Mənbələr