Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
''Fənərbaxça'' ilə çempion ola bilmədikdən sonra özündən başqa hər kəsi günahlandıran və aləmi bir-birinə qataraq Türkiyədən az qala qaçmaq məcburiyyətində qalan Joze Mourinyo indi də eyni şeyləri ''Benfika''da təkrarlayır. "Football-plus.az" xəbər verir ki, Lissabon nəhəngi bu mövsüm hələ uduzmayıb və aparıcı liqalarda məğlubiyyət acısı yaşamayan yeganə klubdu. Buna baxmayaraq ''qartallar'' demək olar, çempionluq şansını itiriblər. Son turda autsayder ''Kaza Piya'' ilə 1:1 bərabərə qalan ''Benfika'' liderə yaxınlaşmaq fürsətini əldən verdi. 3-cü pillədə qərarlaşan Mourinyonun komandası sona 6 tur qalmış ''Portu''dan 7 xal geri qalır. Portuqaliya mətbuatında yayılan iddialara görə meneceri Xorxe Mendeş Mourinyonun ''Benfika''da qalmasını istəmir. Ünlü mütəxəssis son matçın ardından baş tutan mətbuat konfransında bu məsələyə münasibət bildirib. Mourinyo eyni zamanda çempionluq şansını itirdiklərini bildirərək futbolçular haqda gündəmə düşən ifadələr işlədib:
''Matçın gedişində bununla bağlı nəsə bir şey baş veribsə, bundan xəbərim yoxdu. Amma Xorxe Mendeş mənim menecerim olsa da, gələcəyimlə bağlı qərarları özüm qəbul edirəm. Mənim qərarım isə ''Benfika''da davam etməkdi. Çempionluq üçün cüzi şansımız var idisə, onu da itirdik. Eyni zamanda ikinci pillə üçün də taleyimiz öz əlimizdə deyil. Bu nəticə üzündən çox şey itirdik. Heyətimizdə elə futbolçular var ki, artıq onları görmək istəmirəm. Eyni zamanda onların oynamalarını da istəmirəm. Amma onlar klubumuzun bir parçasıdı. Onların satılmalarını istəsəm belə, dəyərlərinin aşağı düşməmələri üçün yenə də oynatmalıyam. Onları meydana buraxsam, sonradan satmaq daha asan olacaq''.
Qeyd edək ki, Mourinyonun ''Benfika'' ilə 2027-yə qədər müqaviləsi var. Ancaq müqavilədə bu yaya aid xüsusi maddə var. Həmin maddəyə əsasən ''Benfika''nın bu yay təzminatın yarısını ödəyərək onunla yollarını ayırmaq hüququ var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.