AZ

Göygöldə xəsarət alanların son durumu YENİLƏNİB

ain.az, Unikal.az saytına istinadən bildirir.

07.04.2026-cı il tarixində saat 19:20 radələrində Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 3 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

*** 20:13

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza rayonun giriş hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
unikal.az

1Mənbələr