AZ

“Müsbət tendensiyalar var...” - Qriqoryan

“ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə nümayəndəsi Lusi Bononun səfər missiyasının məqsədi Vaşinqtonda üçtərəfli danışıqları davam etdirmək və sülh müqaviləsinin yekunlaşdırılması və imzalanması prosesində fəal şəkildə irəliləməkdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iddia edib.

Onun sözlərinə görə, yanvarın 4-də Ermənistan tərəfi Azərbaycanın təkliflərinə cavab verib: “Müsbət tendensiya var, şifahi danışıqlar zamanı müzakirə olunan məsələlər müəyyən edilib. Delimitasiya komissiyalarının iclasının yanvarın sonunda keçirilməsi barədə razılıq əldə olunub”.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
516
50
azpolitika.info

10Mənbələr