AZ

Daha bir rayonda 600 abonentin qazı kəsiləcək

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Hakimiyyet.az xəbər verir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, sabah Şəkidə də qaz verilişində məhdudiyyət olacaq.

Seçilən
2
18
hakimiyyet.az

10Mənbələr