Aprelin 7-nə keçən gecə Suriyanın Həsəkə vilayətindəki Qəsrək bazasının ətrafı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Publika.az “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə hücumun İraqdan göndərilən dörd pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib.
Bildirilir ki, PUA-lardan üçü zərərsizləşdirilsə də, dördüncüsü bazanın ətrafındakı boş əraziyə düşüb.
Xatırladaq ki, martın 30-da Suriya ordusu İraq sərhədi yaxınlığında yerləşən mövqelərinə qarşı genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirmişdi. Bundan bir gün əvvəl isə Suriyanın müdafiə nazirinin müavini Samir Ali Osu açıqlamışdı ki, İraqdan havaya qalxan pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun qarşısı alınıb və hədəf ölkənin şimal-şərqində yerləşən ABŞ bazası olub.