AZ

Türkiyəli məşhurlarla bağlı qərar verildi

Türkiyədə narkotik əməliyyatları nəticəsində saxlanılan bəzi məşhurlar sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, sərbəst buraxılan tanınmış simalar arasında İbrahim Çelikkol, 

Mustafa Ceceli, Deha Bilimlier, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu və Bengü Erden yer alıb.

Xatırladaq ki, məşhur simaların narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Saxlanılan şəxslər əvvəlcə sağlamlıq yoxlanışından keçmək üçün Məhkəmə Tibbi Ekspertizasına aparılıb, daha sonra isə ifadələrinin alınması üçün təhlükəsizlik idarəsinə gətirilmişdilər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
3
1
milli.az

10Mənbələr