AZ

Qalib gələ bilməsək də... Jorj Kaşkilya

Fanat saytına istinadən ain.az xəbər verir.

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Premyer Liqanın 26-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

"İlk növbədə oyunçularımı təbrik etmək istəyirəm. Komanda öz döyüşkən ruhuna, xarakterinə qayıdıb və bu vəziyyətdə olanda istənilən rəqib üçün ciddi təhlükə yaradır.

Birinci qolu vurana qədər oyun kifayət qədər gərgin keçdi. Ümumilikdə matç boyu taktiki baxımdan düzgün və intizamlı çıxış etdik. "Turan Tovuz"un qolu isə müdafiədəki anlaşılmazlıq və Morqanın zədə səbəbilə meydanı tərk etməsindən sonra yaranan çaşqınlıq nəticəsində buraxıldı.

İkinci hissəyə komanda daha inamlı və rahat başladı.

Hesab edirəm ki, bu hissədə 2:1 hesabı ilə qalib gəlmək üçün kifayət qədər imkanlarımız oldu və ümumilikdə qələbəyə layiq tərəf biz idik. Qalib gələ bilməsək də, qələbəni gözləyirdik və sonda bir xalla kifayətləndik. Bu xal da bizim üçün vacibdir.

Hazırda turnir cədvəlində ciddi mübarizə gedir və hər xal böyük əhəmiyyət daşıyır. İndi isə bütün diqqətimizi "Qəbələ" ilə qarşıdakı oyuna yönəltmişik. Bildiyiniz kimi, oyunlar arasında cəmi 5 günlük fasilə var. Bu səbəbdən futbolçuların bərpası əsas prioritetlərimizdən biridir".

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
fanat.az

2Mənbələr