Misli Premyer Liqasının XXVI turunda "Zirə" "Şamaxı" ilə bərabərə qalıb.
Publika.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda hesab 69-cu dəqiqədə açılıb.
Ev sahiblərinin heyətində Leroy Mikels fərqlənib.
Qonaqlar məğlubiyyətdən yalnız 90+2-ci dəqiqədə qaça biliblər. Edqar Adilxanov yekun nəticəni müəyyənləşdirib.
Oyun bir sıra maraqlı hadisələrlə yadda qalıb. Əvvəlcə "Şamaxı"nın heyətində, 53-cü dəqiqədə Dioqo Balau kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. 12 dəqiqə sonra isə "Zirə"nin futbolçusu Ruan Renato kobud oyuna görə təyin olunan penaltini dirəyə vurub.