AZ

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar » AzadMedia.az


Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavinləri təyin olunub.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Əmr imzalayıb.

Yeni təyin olunmuş müdir müavinləri - Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.

Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.2026-04-07 18:30:53
Seçilən
22
19
azadmedia.az

10Mənbələr