AZ

​İbrahim Tatləsəs reanimasiyaya yerləşdirildi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin səhhəti qəfildən pisləşib. Sənətçi təcili xəstəxanaya aparılıb.
Metbuat.az xəbər verir ki, xəstəxananın baş həkimi Engin Çakmakçı Tatlısəsin səhhətindən danışıb. Çakmakçı müğənninin təzyiqinin kəskin düşdüyünü bildirib. “İbrahim Tatlısəs xəstəxanamızın reanimasiya şöbəsində müalicə olunur. Bakterial infeksiyaya yoluxub. Hazırda səhhəti qənaətbəşxdir. Qanından götürdüyümüz analizlər müsabət çıxıb. Müayinələrimiz davam edir”, - baş həkim belə deyib.

Qeyd edək ki, müğənninin ailə üzvləri və yaxınları hazırda xəstəxanadadır. Pərəstişkarları sosial mediada sənətçiyə tezliklə sağalması üçün dəstək mesajları yazırlar.

Seçilən
25
1
metbuat.az

2Mənbələr