AZ

Cəlilabadda qadınlara yönəlik 8 yeni peşə ixtisası açılacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 7 aprel, AZƏRTAC

Bu il əsas hədəfimiz Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ikinci korpusunda qadınlara üstünlük verən ixtisasların sayını artırmaqdır. Bu məqsədlə orada 8 yeni ixtisasın açılması planlaşdırılır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov deyib. O bildirib ki, təhsil müəssisəsində dayəlik, kargüzarlıq, SMM mütəxəssisi, satış menecmenti, dərzilik və digər yeni ixtisaslar yaradılacaq.

“Əsas məqsədimiz, müxtəlif səbəblərdən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin Göytəpə korpusuna gələ bilməyən qadınların da Mərkəzin digər korpusu vasitəsilə peşə təhsilindən yararlanmasını təmin etməkdir”, - deyə direktor vurğulayıb.

Direktor əlavə edib ki, hazırda təhsil müəssisəsində ümumilikdə 864 tələbə təhsil alır. Onlardan 182-si qadın, 682-si isə kişidir.

Müxbir – Aysel Azadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azertag.az

2Mənbələr