Bakı, 7 aprel, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası mövcuddur. Hesab edirəm ki, Baş prokuror Kamran Əliyev onun formalaşmasına çox mühüm töhfələr verib. Qazaxıstan, Türkmənistan, Özbəkistan - hamısı bizim qardaşlarımızdır. Əslində, hamımız bir millətik, çünki adət-ənənələrimiz demək olar ki, eynidir. Münasibətlərimiz gündən-günə inkişaf edir.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk bildirib.
"Keçən il Özbəkistanda TDT-yə üzv olan ölkələrin Baş Prokurorlarının Şurasının iclası keçirildi. Həmin iclas sentyabr ayında Qazaxıstanda oldu, gələn il isə Azərbaycanda keçiriləcək. Bundan sonra isə üzv ölkələrin Baş prokurorlarını ölkəmizə dəvət edəcəyəm. Biz bu münasibətləri gündən-günə inkişaf etdiririk. Əməkdaşlıq məhkəmə sahəsi ilə yanaşı, digər istiqamətlərdə, məsələn cinayətlərin araşdırılmasında də genişlənir. Hazırda cinayətlər artıq təksəviyyəli deyil. Təqsirləndirilənlər daha hiyləgərdirlər, beş addım irəlini hesablaya bilirlər. Cinayətlər artıq mütəşəkkil xarakter alıb. Bu cinayətlərin təqibi sıx beynəlxalq əməkdaşlıq tələb edir. Qardaş ölkələrlə daha səmimi münasibətlər qururuq və yaxşı nəticələr əldə edirik", - deyə Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru vurğulayıb.