AZ

Berdıyev: “İmişli” ilə matçda vacib xallar itirdik” – ARENA.AZ

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 26-cı turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə çox pis oynadıq. İlk yarının son dəqiqələrində demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüf ki, çox vacib xallar itirdik”.

Xatırladaq ki, “Turan Tovuz” cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 26 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. 49 xal toplamış qərb təmsilçisi 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
4
arena.az

10Mənbələr