AZ

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik - Ərdoğan

Bakı, TurkicWorld

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumunu şərh edərkən bildirib.

"Mənfur terror aktında biri ölü, ikisi yaralı olmaqla üç terrorçu zərərsizləşdirilib, müdaxilə zamanı iki qəhrəman polis əməkdaşımız yüngül xəsarət alıb

Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və İstanbul sakinlərinə "keçmiş olsun" deyirəm.

Ərdoğan vurğulayıb ki, təxribatçıların Türkiyənin təhlükəsizlik mühitinə zərər vurmasına imkan verilməyəcək.

Xəbər yenilənəcək

Seçilən
0
2
turkic.world

3Mənbələr